
Papua-Yeni Qvineyada 6,5 bal gücündə zəlzələ olub.
Bu barədə ABŞ-nin Geologiya Xidməti məlumat yayıb. Qrinviç vaxtı ilə 05:36-da (Bakı vaxtı ilə 09:36-da) baş verən zəlzələnin episentri Papua-Yeni Qvineyanın ən iri liman şəhəri olan Kimbedən 104 kilometr şimal-qərbdə, dənizdə olub.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.
