“QARABAĞA KİTABLA GEDƏK” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ 120 MİN NÜSXƏDƏN ARTIQ KİTAB TOPLANIB

Hazırda Azərbaycan Milli Kitabxanasında “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində işğaldan azad olunan ərazilərdə yaradılacaq kitabxanalar üçün 120.000 nüsxədən artıq kitab toplanıb.

Bu barədə Milli Kitabxanadan bildirilib.

Qeyd edilib ki, ilk növbədə kitabxanaların Zəngilanın Ağalı kəndində və Şuşa şəhərində yaradılması nəzərdə tutulur.