TÜRKİYƏ ŞİRKƏTİ HƏRƏKƏTDƏ OLAN TANK ÜZƏRİNDƏN ATƏŞ SİSTEMİNİ SINAQDAN ÇIXARIB

Türkiyənin ASELSAN şirkətinin (Elektronik Sənaye və Ticarət A.Ş.) “VOLKAN-M” atəş nəzarət sistemi “M60TM” tankında uğurla test edilib.

Bu barədə Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir “Twitter” sosial şəbəkə səhifəsində paylaşım edib. Bildirilir ki, yeni atəş sistemi hərəkətdə olan tankdan hədəfləri dəqiq vurub. Məlumatda bildirilir ki, carı ilin sonunadək yeni tank atəş sisteminin yaradılması hədəflənir.