İNDONEZİYADA 5,5 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

ndoneziyanın Sulavesi adası yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Palu (Mərkəzi Sulavesi əyalətinin inzibati mərkəzi) şəhərindən 101 kilometr cənub-şərqdə, zəlzələnin ocağı 12 kilometr dərinlikdə olub. Palunun əhalisinin sayı 282 min nəfərdir.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.