CEYHUN BAYRAMOV: ERMƏNİSTAN ÖZ VƏHŞİ ƏMƏLLƏRİNİ XOCALIDAN SONRA BƏRDƏ VƏ GƏNCƏDƏ DAVAM ETDİRDİ

Ermənistan öz vəhşi əməllərini Xocalıdan sonra İkinci Qarabağ müharibəsi zamanı Bərdə və Gəncədə davam etdirdi.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbirində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, əgər Ermənistan indi sülh istəyirsə, o zaman belə təcavüzkar siyasətdən əl çəkməlidir.

“Xocalı soyqırımı bizim xalqımızın mərd, ruhən güclü olduğunun sübutudur”, – deyə C.Bayramov əlavə edib.