ŞUŞAYA 6-7 SANTİMETR HÜNDÜRLÜYÜNDƏ QAR YAĞIB

Şuşaya güclü qar yağıb.

Fevralın 24-də gecə saatlarından başlayaraq yağan qarın hündürlüyü 6-7 santimetrə çatıb.

Hazırda da yağan qar yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırmayıb. Aidiyyəti qurumların əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülür. Havanın temperaturu -5 dərəcədir.