ZƏNGİLAN RAYONUNUN AĞALI KƏNDİNDƏ 30 İL SONRA İLK KÖRPƏ DÜNYAYA GƏLİB

Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib.

Ədliyyə Nazirliyindən bildiriblər ki, Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra 2023-cü il fevralın 15-də anadan olmuş ilk körpə Zeynallı Turan Teymur oğlunun doğumu ötən gün valideynləri hər hansı quruma getmədən Ədliyyə Nazirliyinin müasir innovativ “Mobil əhali” tətbiqi vasitəsilə dövlət qeydiyyatına alınıb. Doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunub.