BANKLAR VƏ BANK OLMAYAN KREDİT TƏŞKİLATLARININ MÜRACİƏTLƏRİNƏ BAXILMASI QAYDASINDA DƏYİŞİKLİK EDİLİB

Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması qaydasında dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Cari ilin 18 fevral qərarına əsasən gömrük borcunun ödənilməsinə təminat növü olan bank qarantiyalarının tətbiqi sahəsindəki mövcud çətinliklər aradan qaldırılacaq.