PANDEMİYA İLƏ MÜBARİZƏDƏ İŞTİRAK EDƏNLƏRƏ ÖTƏN İLİN MAY-DEKABR AYLARI ÜZRƏ 2 MİLYON MANATA YAXIN MÜDDƏTLİ ƏLAVƏ ÖDƏNİLİB

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2022-ci il üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq may-dekabr ayları üzrə təxminən 1.7 milyon manatdan artıq yaxın, qeyri-tibb işçilərinə isə 233 min manata yaxın müddətli əlavə ödənilib.

Tibb və qeyri-tibb tibb işçilərinə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavələrin məbləği aşağıdakı kimidir:

Agentlikdən bildirilib ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq agentlik tərəfindən dekabr ayı üzrə müddətli əlavənin ödənilməsi davam edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 24 yanvar tarixli 19 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2023-cü il martın 1-dək uzadılıb.