İSLANDİYADA 5,3 MAQNİTUDALI ZƏLZƏLƏ OLUB

İslandiyada 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, episentr 118 min nəfərin məskunlaşdığı paytaxt Reykyavik şəhərindən 214 km şimal-şərqdə yerləşir. Ocaq 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar haqqında məlumat yoxdur.