BATUT VƏ TAMBLİNQ ÜZRƏ ÖLKƏ ÇEMPİONATLARINDA 100-DƏK GİMNAST MÜBARİZƏ APARACAQ

Fevralın 24-də Milli Gimnastika Arenasında batut gimnastikası üzrə yeddinci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasının məlumatında bildirilib ki, yarışlarda 94 idmançı (batut üzrə 62, tamblinq üzrə 32) mübarizə aparacaq.

Yarışlarda “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” idman klubu, 13 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edəcək idmançılar fərdi proqramda balacalar (2016-2017-ci illər), uşaqlar (2013-2015-ci illər), yeniyetmələr (2011-2012-ci illər), gənclər (2007-2010-cu illər) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə çıxış edəcəklər.

Yerli idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/  saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 5 manat təşkil edir.