BEYNƏLXALQ ƏDALƏT MƏHKƏMƏSİNİN AZƏRBAYCANIN MÜRACİƏTİ ÜZRƏ QƏRARININ VAXTI AÇIQLANIB

Azərbaycan Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə məhkəmə qərarının elan ediləcəyi tarix açıqlanıb.

Qərar fevralın 22-də Haaqa Sülh Sarayında keçiriləcək iclasda elan olunacaq. Qərarı iclasa sədrlik edəcək hakim Joan E.Donoghue oxuyacaq.

Qeyd edək ki, yanvarın 31-də “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb.