ÖLKƏ ƏRAZİSİNDƏ KÜLƏKLİ HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

Ölkə ərazisində küləkli hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 20-si axşamdan 21-i gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, 22-də 15-18 m/s, arabir 20-25 m/s cənub küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında fevralın 20-24-də qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.