
Tonqa Krallığının sahillərində (Sakit okean) 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 22,4 min nəfərin yaşadığı paytaxt Nukualofanın 233 kilometr cənub-şərqində, 30 kilometr dərinlikdə olub.
İtki və dağıntılar barədə məlumat yoxdur.
