TÜRKİYƏDƏ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 39 MİN 672 NƏFƏRƏ ÇATIB

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 39 min 672 nəfərə çatıb.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.