110 AZƏRBAYCANLI XİLASEDİCİ KAHRAMANMARAŞDAN HATAYA GÖNDƏRİLİB

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq FHN tərəfindən Türkiyəyə göndərilən xilasetmə və tibbi personal, humanitar yardım barədə ümumiləşdirilmiş məlumat yayılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Xilasetmə və tibbi personal760 nəfər
Xilasetmə iti8 baş
Mobil səhra hospitalı (7 konteynerlə)2 ədəd
Xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi3 ədəd
Çadır (müxtəlif ölçülü)2630 ədəd
Qızdırıcı707 ədəd
Çarpayı540 ədəd
Böyük gücə malik generator5 ədəd
Ədyal724 ədəd ədyal, 724 ədəd ədyal üzü
Geyim dəsti8000 ədəd
Corab (cüt)20000 ədəd
Masa650 ədəd
Oturacaq2000 ədəd
İplik dəsmal 7000 ədəd
və digər ləvazimatlar

Kahramanmaraşda keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfər sağ, 741 nəfərin isə cəsədi çıxarılıb.

Kahramanmaraş rayonunda fəaliyyət göstərən mobil səhra hospitalında bugünədək 729 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

FHN-in Kahramanmaraşdakı qüvvələrindən 110 nəfərdən artıq şəxs axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Hataya göndərilib.