AZƏRBAYCAN HAKİMLƏRİ TÜRKİYƏDƏ ÜÇ OYUN İDARƏ EDƏCƏKLƏR

Antalya və Alanyada təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət milli komandaların hazırlıq xarakterli turniri keçirilir.

Türkiyə Futbol Federasiyasının müraciəti əsasında AFFA-nın Hakimlər Komitəsi tərəfindən FIFA referisi Fəridə Lütfəliyeva, həmçinin FIFA referi köməkçiləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə Türkiyəyə ezam olunublar.

Hakimlərimiz turnir çərçivəsində bu gün Estoniya – Kosovo, fevralın 18-də Makedoniya – Bolqarıstan, fevralın 21-də isə Estoniya – Makedoniya oyunlarını idarə edəcəklər.