AFAD: TÜRKİYƏDƏ ÇOX GÜCLÜ AFTERŞOKLAR MEYDANA GƏLİR

Türkiyədə zəlzələ bölgəsində çox güclü afterşoklar meydana gəlir.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

“Zəlzələ bölgəsində çox güclü afterşoklar meydana gəlir. Qeyri-adi bir vəziyyətlə üz-üzəyik. İndiyə qədər ümumilikdə 3 min 858 afterşok qeydə alınıb. Kahramanmaraş mərkəzli zəlzələlərdə yer qabığında yerdəyişmələr 7,3 metrə qədər olub”, – deyə əlavə edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.