QHT AGENTLİYİ QƏRBİ AZƏRBAYCANLA BAĞLI QRANT MÜSABİQƏSİ ELAN EDİB

Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır. Zaman-zaman azərbaycanlıların hüquqları tapdalanıb. Dünya ictimaiyyəti isə bu məsələlərə düzgün yanaşmayıb.

Bu fikriləri jurnalistlərə müsahibəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva söyləyib.

O qeyd edib ki, fevralın 10-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qərbi Azərbaycanla bağlı qrant müsabiqəsi elan edib.