
Türkiyədə fevralın 6-da baş vermiş zəlzələnin dağıdıcı təsirinə məruz qalan Kahramanmaraşda 42 yaşlı Melike İmamoğlu adlı qadın dağıntılar altından 222 saat sonra sağ çıxarılıb.
Anadolu agentliyi xəbər verir ki, möcüzə qurtarış Onikişubat rayonunda qeydə alınıb. İlk zəlzələdən sonra evini tərk edə bilməyən qadın ikinci zəlzələ zamanı çökən binanın daşıntıları altında qalıb. Hazırda xəstəxanaya yerləşdirilən Melikenin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Agentliyin məlumatına görə, əsrin fəlakəti adlandırılan zəlzələnin 141-ci saatından 222-ci saatına qədər dağıntılar altından azı 65 nəfər sağ çıxarılıb.
