TÜRKİYƏ SƏFİRİ AZƏRBAYCANIN “SİLKWAY” ŞİRKƏTİNƏ TƏŞƏKKÜR EDİB

Azərbaycanın Türkiyədəki səfiri Cahit Bağcı ölkəmizin “SilkWay” şirkətinə təşəkkür edib.

Bu barədə səfir öz “Twitter” səhifəsində yazıb.

“Dünyanın hər yerindən zəlzələ bölgəmizə humanitar yardımın daşınmasında böyük əməyi olan qardaş Azərbaycanın hava kargo “SilkWay” şirkətinə təşəkkür edirik”, – deyə səfir bildirib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.