
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 min 848 nəfərə çatıb, yaralanan 80 min 104 nəfər xilas edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı Şanlıurfada bildirib. Onun sözlərinə görə, 10 vilayətdə 7 min 584 bina dağılıb, 12 min 617 bina ciddi zədələnib.
Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir, təbii fəlakətdən altı gün keçməsinə baxmayaraq, dağıntılar altından hələ də sağ qalan insanlar çıxarılır.
