FİFA 2022-Cİ İLİN ƏN YAXŞI OYUNÇUSU MÜKAFATINA 3 NAMİZƏDİN ADINI AÇIQLAYIB

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2022-ci ilin ən yaxşı futbolçusu mükafatına 3 namizədin adını açıqlayıb.

Bu barədə FİFA-nın “Twitter” səhifəsindəki paylaşımda bildirilir.

Namizədlər siyahısına PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi, onun komanda yoldaşı fransalı Kilian Mbappe, həmçinin “Real” və Fransa millisinin hücumçusu Kərim Benzema daxildir.

Mükafatın qalibi fevralın 27-də Parisdə keçiriləcək mərasimdə elan olunacaq.