HATAYDA ZƏLZƏLƏDƏ DAĞILAN BİNANIN PODRATÇISI XARİCƏ QAÇARKƏN YAXALANIB

Hatayda zəlzələ nəticəsində dağılan binanın podratçısı xaricə qaçmaq istəyib.

Bu barədə Türkiyə KİV-lərində bildirilir.

Qeyd edilib ki, o, İstanbul Hava Limanında saxlanılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 19 388-ə, yaralıların sayı isə 77 711 nəfərə çatıb.