TƏLİM KURSUNUN DİNLƏYİCİLƏRİNƏ SERTİFİKATLAR TƏQDİM OLUNUB

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupunun Bakıda keçirdiyi “Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” təlim kursu başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə kursun yekunlarına dair brifinq təqdim edilib.

Çıxış edənlər Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıb, kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub.