ÖTƏN HƏFTƏ 90,8 HEKTAR ƏRAZİ MİNALARDAN TƏMİZLƏNİB

Ötən həftə 90,8 hektar ərazi minalardan təmizlənib.

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

Məlumata görə, aprelin 19-dən 24-dək əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 18 mina və 79 partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 90,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.