“AZƏRPOÇT” TÜRKİYƏDƏ ZƏRƏRÇƏKƏNLƏRƏ YARDIM MƏQSƏDİLƏ GÖNDƏRİLƏN PULDAN KOMİSSİYA TUTMAYACAQ

“Azərpoçt” MMC Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) təqdim etdiyi bank hesablarına pulköçürmələrinə xüsusi güzəşt tətbiq edir.

Bu barədə “Azərpoçt” MMC-dən məlumat verilib.

Bildirilib ki, zərərçəkənlərə yardım məqsədilə göndərilən pul vəsaitlərindən “Azərpoçt” tərəfindən heç bir komissiya tutulmayacaq.

“Yardım etmək istəyən şəxslər həftənin iş günləri saat 18:00-dək, qeyri-iş günləri isə saat 16:00-a qədər şəbəkə tipli mərkəzi poçt şöbələrinə və müştəri xidmətləri şöbələrinə yaxınlaşa bilərlər”, – deyə məlumatda qeyd olunub.