SÜLEYMAN SOYLU: QARDAŞ AZƏRBAYCANIN DƏSTƏYİ BÖYÜK RƏĞBƏTLƏ QARŞILANIR

Bütün fəlakətlər, o cümlədən meşə yanğınlarında qardaş Azərbaycanın dəstəyi xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Zəlzələ ilə bağlı köməyə də ilk gələn ölkə Azərbaycan oldu. Hazırda çox əhəmiyyətli bir yerdə axtarış-xilasetmə işləri davam etdirilir.

TRT telekanalı xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu söyləyib. Nazir Türkiyədə baş vermiş hər bir təbii fəlakətdən sonra qardaş Azərbaycanın Türkiyəyə yardım göstərdiyini qeyd edib.