ABŞ PREZİDENTİ CO BAYDEN 1915-Cİ İL HADİSƏLƏRİNİ “ERMƏNİ SOYQIRIMI” ADLANDIRIB

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb.
Baydenə qədər ABŞ-ın dövlət başçısı postunda olan sələfləri bu termini işlətməkdən çəkinib.
Osmanlı dövründəki “erməni soyqırımı” zamanı ölənlərin hamısının xatirəsini yad etdiyini bildirən Bayden 1915-1921 hadisələri zamanı Anadoluda və Qafqazda qətlə yetirilmiş yüz minlərlə türk və azərbaycanlı haqqında heç bir söz deməyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu buna sərt münasibət bildirib. O deyib ki, Türkiyə ABŞ Prezidentinin populizmə söykənən açıqlamasını tamamilə rədd edir.