MESSİ ÖTƏN İLİN ƏN YAXŞI FUTBOLÇUSU SEÇİLİB

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci il üçün Cənubi Amerika zonası üzrə ən yaxşı futbolçunu və rəmzi komandanı açıqlayıb.

Argentina millisinin kapitanı və PSJ-nin futbolçusu Lionel Messi ilin ən yaxşısı seçilib.

Rəmzi komandada isə qapıçı – Emiliano Martinez (Argentina, “Aston Villa”), müdafiəçilər – Nikolas Otamendi (Argentina, “Benfika”), Tiaqo Silva (Braziliya, “Çelsi”), Kristian Romero (Argentina, “Tottenhem”), yarımmüdafiəçilər – Rodriqo De Paul (Argentina, “Atletiko”), Kazemiro (Braziliya, “Real”/“Mançester Yunayted”), Enzo Fernandez (Argentina, “River Pleyt”/“Benfika”), Vinisius Junior (Braziliya, “Real”), hücumçular – Neymar (Braziliya, PSJ), Xulian Alvares (Argentina, “River Pleyt”/“Mançester Siti”) və Lionel Messi (Argentina, PSJ) yer alıblar.