NAĞDSIZ QAYDADA ALINMIŞ MƏNZİLƏ GÖRƏ ƏDV-NİN BİR HİSSƏSİ HANSI ŞƏRTLƏRLƏ QAYTARILIR?

İpoteka kreditini tam ödəyən fiziki şəxsə ödənişdən sonra ƏDV qaytarılacaq?

Dövlət Vergi Xidməti xəbər verir ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması yalnız 2020-ci il yanvarın 1-dən ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə aid edilir.

Həmin tarixdən əvvəl alınmış mənzillər üzrə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmayıb.