TÜSTÜ BACALARININ İSTİSMARINDA TƏHLÜKƏSİZLİK TEXNİKASI QAYDASI TƏSDİQLƏNİB

“Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, bu barədə baş nairi Əli Əsədov qərar imzalayıb.

Qaydalara əsasən tüstü bacalarının istismarı zamanı istehlakçılara aşağıdakılar qadağandır:

– tüstü bacalarının quruluşunu dəyişdirmək, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan “cibləri” hörmək və ya bağlamaq;

– tüstü bacalarına və suqızdırıcıların tüstü ötürücü xətlərində özbaşına əlavə şiberlər (qapaqlar) quraşdırmaq;

– tüstü bacalarının təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntular aradan qaldırılmadan qaz qurğularından istifadə etmək;

– tüstü bacalarından təyinatına uyğun olmayan məqsədlər üçün istifadə etmək;

– tüstü bacalarının yaxınlığında yanan materiallardan hazırlanmış əşyalar yerləşdirmək.