ÜST TÜRKİYƏNİN SƏHİYYƏ NAZİRLİYİNƏ DƏSTƏK VERMƏYƏ HAZIRDIR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisi zəlzələnin fəsadları ilə mübarizə üçün təcili humanitar tədbirlərin həyata keçirilməsində Türkiyə Səhiyyə Nazirliyinə dəstək verməyə hazırdır.

Bu barədə ofisin “Twitter” səhifəsində yazılıb.

“ÜST fevralın 6-da Türkiyənin cənub-şərq bölgəsində baş verən dağıdıcı zəlzələlərdən sonra fövqəladə humanitar yardımın həyata keçirilməsində Türkiyənin Səhiyyə Nazirliyinə dəstək verməyə hazırdır”, – deyə paylaşımda bildirilib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.