TÜRKİYƏDƏ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN SAYI 1 651-Ə ÇATIB

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1651-ə, yaralananların sayı isə 11 119-a yüksəlib.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca deyib.

“7,7 bal gücündə baş verən zəlzələdə həlak olanların sayı 1651 nəfər yüksəlib, 11 119 nəfər yaralanıb, 3 471 bina dağılıb”, – deyə nazir bildirib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.