QURBAN YETİRMİŞLİ: BAKIDA BİNALAR TİKİLMƏZDƏN ƏVVƏL ƏRAZİNİN SEYSMOLOJİ VƏZİYYƏTİ ÖYRƏNİLMƏLİDİR

Bakıda binalar tikilməzdən əvvəl ərazinin seysmoloji vəziyyəti öyrənilməlidir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Bakıda yan-yana dayanan binaların biri 8, biri 9 ballıq zəlzələyə davamlı nəzərdə tutulur: “Mikrorayonlarşdırma xəritəsinə uyğun binalar tikmək olmaz. Seysmoaktiv ərazilərdə bu xəritələrlə işləmək olmaz. Bu prosesdə xəritə yox, seysmoaktiv vəziyyət dəyərləndirilməlidir”, – baş direktor qeyd edib.

Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var. 1700-dən çox bina dağılıb.