HULUSİ AKAR: ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ 3 ŞƏHİDİMİZ VƏ YARALILARIMIZ VAR

Silahlı Qüvvələr olaraq dəyən ziyanın və itkilərin müəyyən edilməsi istiqamətində səylərimizi davam etdiririk.

Bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.

“Təəssüf ki, 3 şəhidimiz, yaralımız var”, – deyə o bildirib.

Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var.