ƏLİ ƏSƏDOV TÜRKİYƏNİN VİTSE-PREZİDENTİ FUAT OKTAYA BAŞSAĞLIĞI VERİB

Baş nazir Əli Əsədov baş verən zəlzələ ilə bağlı Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Nazirlər kabinetindən məlumat verilib.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.