HATAY AEROPORTU ZƏLZƏLƏDƏN SONRA YARARSIZ HALA DÜŞÜB

Türkiyənin Hatay vilayətində güclü zəlzələ nəticəsində hava limanı yararsız hala düşüb.

Təyyarə uçuş zolaqlarında dərin çatlar yaranıb.

Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Türkiyədə zəlzələdə ölənlərin sayı 76 nəfəri keçib, 440 nəfər yaralı var.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.