AZƏRBAYCAN XİN AVTOBUS QƏZASI İLƏ BAĞLI TÜRKİYƏ TƏRƏFİNƏ BAŞSAĞLIĞI VERİB

Azərbaycan Xarici İşlər Nazirliyi Afyonkarahisar əyalətində baş verən avtobus qəzası ilə bağlı Türkiyə tərəfinə başsağlığı verib.

Bu barədə bazar günü XİN-in “Twitter” hesabındakı paylaşımda deyilir.

“Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik.

Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır”, – deyə paylaşımda bildirilir.

Xatırladaq ki, bu gün Diyarbəkirdən Bodruma gedən sərnişin avtobusu aşıb. Qəza nəticəsində 8 nəfər həlak olub, 35 nəfər isə yaralanıb.