PAKİSTANDA PARTLAYIŞ OLUB, XƏSARƏT ALANLAR VAR

Pakistanın Kvetta şəhərində (Bəlucistan əyalətinin mərkəzi) partlayış baş verib.

“Doon News” telekanalı xəbər verir ki, partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.

Məlumata əsasən, insident Kvetta polis qərargahının yaxınlığındakı nəzarət-buraxılış məntəqələrindən birinin yaxınlığında baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hələlik heç bir ekstremist qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.