TÜRKİYƏDƏ SƏRNİŞİN AVTOBUSU AŞIB, 30 NƏFƏR YARALANIB

Türkiyənin Diyarbəkir vilayətində yol qəzası baş verib.

Diyarbəkir-Şanlıurfa yolu ilə hərəkət edən sərnişin avtobusu yolun buzlamasına görə idarəetmədən çıxaraq dərəyə aşıb.

Məlumata əsasən, qəza nəticəsində 4-ü ağır olmaqla 30 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.