UKRAYNA 116 HƏRBÇİSİNİ ƏSİRLİKDƏN QAYTARIB

Fevralın 4-də Ukrayna daha 116 hərbçisini Rusiya əsirliyindən geri qaytarıb. Onların arasında Mariupolun müdafiəçiləri, Xerson partizanları, Baxmut istiqamətində fəaliyyət göstərmiş snayperlər və digər döyüşçülər var.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqram səhifəsində məlumat yayıb.

Eyni zamanda, Ukrayna həlak olmuş əcnəbi könüllülər Kristofer Metyu Perri və Endryu Tobias Metyu-nun da cəsədlərini geri alıb.