AZƏRBAYCAN İDMANÇILARI GÜRCÜSTANDA KEÇİRİLƏCƏK DÜNYA ÇEMPİONATINA DƏVƏT OLUNUBLAR

Fevralın 16-da Gürcüstanın Bakuriani bölgəsində ölkə tarixində ilk dəfə olaraq fristayl, xizəksürmə və snoubord idman növləri üzrə dünya çempionatı keçiriləcək.

Bu barədə Gürcüstan Xizəksürmə Federasiyasından məlumat verilib.

Bildirilib ki, çempionat fevralın 16-dan martın 5-dək davam edəcək. Gürcüstanda ilk dəfə təşkil olunacaq bu çempionatda dünyanın 42 ölkəsindən 700 idmançı iştirak edəcək.

Çempionata Azərbaycandan da idmançılar və bu sahə üzrə mütəxəssislər dəvət olunublar.