HULUSİ AKAR: AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDAKI RAZILAŞMA YENİ SƏHİFƏ ÜÇÜN VACİB İMKANDIR


Azərbaycanla Ermənistan arasında ötən il əldə edilmiş atəşkəs yeni səhifənin açılması üçün vacib imkan yaradır.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın “RealClearDefense” jurnalında dərc olunan məqaləsində yazıb.
O bildirib ki, Türkiyə bu ilin fevralında Ermənistanda baş vermiş hərbi çevriliş cəhdini pisləyən ilk ölkələrdən olub.
“Əgər Ermənistan liderləri Türkiyənin ismarıclarına qulaq versələr və sülhə yatırım etsələr, bunun siyasi və iqtisadi faydası bütün region üçün yüksək olacaq”.