
İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid sürətlə aparılır. Bu ərazilərdə demək olar ki, bütün mümkün yerlərdə elektromobillərin enerji doldurması üçün məntəqələr tikilib.
Bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar mərkəzinin direktoru Araz Məmmədzadə qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Füzulidə ilk dəfə Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi tikilib və istifadəyə hazırdır. Orada elektromobillər üçün enerji doldurma stansiyalarının quraşdırılması da planlaşdırılır”, – deyə Araz Məmmədzadə əlavə edib.