“QARABAĞ” KLUBU “GENT” İLƏ OYUNLAR ÜÇÜN İŞTİRAK ƏRİZƏSİNİ UEFA-YA TƏQDİM EDİB

Ağdamın “Qarabağ” klubu Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” komandası ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Zədəlilər – qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov heyətdə yer almayıb. Yeni transferlərdən Redon Cica, Adama Diakabi və Yassin Benzia siyahıya salınıb.

Heyətdə qapıçılar – Luka Quqeşaşvili, Amin Ramazanov, Ayhan Arazlı, müdafiəçilər – Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, yarımmüdafiəçilər – Qara Qarayev, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Adama Diakabi, hücumçular – Musa Qurbanlı, Ramil Şeydayev və Redon Cica yer alıblar.

“Qarabağ” klubu “Gent”ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.