SERGEY LAVROV: AZƏRBAYCAN ÖZÜNƏ MƏXSUS OLAN TORPAQLARI GERİ QAYTARIB

Azərbaycan özünə məxsus olan torpaqları geri qaytarıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24″ telekanalına müsahibəsində deyib.”Qarabağ müharibəsinin tarixi bundan on illərlə əvvələ gedir. Ermənistan Azərbaycanın torpaqlarını işğal etmişdi”, – deyə nazir bildirib.”Rusiya çoxlu sayda variantlar təklif etmişdi, lakin torpaqları geri qaytarmaq istəməyən öncəki Ermənistan hakimiyyəti buna heç də müsbət yanaşmırdı. Azərbaycan ona məxsus olan torpaqları geri qaytarıb” – S.Lavrov qeyd edib.