AZAL VYANAYA UÇUŞLAR YERİNƏ YETİRMƏYƏ BAŞLAYIR

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Avropa istiqamətlərini sürətlə inkişaf etdirməkdə davam edir və mayın 2-dən etibarən yeni Bakı-Vyana-Bakı marşrutuna start verir.

Bu barədə  “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Avstriyanın paytaxtı Vyana yüksək turist cəlbediciliyinə malik bir şəhərdir və Avropanın mədəni, tarixi mərkəzi hesab olunur.

Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günü yerinə yetiriləcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az  saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.