PAYTAXTDA 3 MARŞRUTUN HƏRƏKƏT SXEMİ MÜVƏQQƏTİ DƏYİŞDİRİLİR

Bakıda 104, 208 və 209 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, fevralın 1-i saat 08:00-dan 18:00-dək Suraxanı rayonu, Xanlar Ələkbərov və Səttar Bəhlulzadə küçələrinin kəsişməsində yerləşən qorunan dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Məhdudiyyətlərə görə 104, 208, 209 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilərək, müvəqqəti olaraq İlqar Məmmədov və Vladimir Balandin küçələrinin kəsişməsində yerləşən dəmiryolu keçidindən təşkil ediləcək.