
Ölkə ərazisində şəhərlərarası marşrutlarda gedişhaqları bahalaşıb.
Bu barədə Tarif (qiymət) Şurasının bugünkü iclasında qərar qəbul edilib.
İclasda edilən müzakirələrin nəticəsi olaraq şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).
Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir.
Qərar Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib.